Kərkükün mərkəzində partlayş törədilib, ölənlər var


Dünya 05 Noy 2017 16:22:07 253 0

Kərkükün mərkəzində partlayş törədilib, ölənlər var

Kamikadze şəhərin əsas küçələrindən birində özünü partladıb

İraqın şimalında yerləşən Kərkük şəhərinin mərkəzində, bilavasitə İraq Kürdüstanı yaxınlığında güclü partlayış baş verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilir ki, mərkəzi küçələrdən birində kamikadze üzərinə bağladığı partlayıcı qurğunu işə salıb. Terror aktı İraqın hərbiləşdirilmiş "Haşd əş-Şabi" döyüşçülərinin yaxınlığında törədilib.

Nəticədə bir neçə nəfər ölüb, azı 7 nəfər yaralanıb.