Yəməndə terror aktı nəticəsində 5 hərbçi ölüb


Dünya 05 Noy 2017 11:17:59 251 0

Yəməndə terror aktı nəticəsində 5 hərbçi ölüb

Minalanmış avtomobil DİN-in Cinayət Axtarış İdarəsi yaxınlığında partladılıb

Yəmənin Ədən əyalətində törədilən terror aktı nəticəsində 5 hərbçi ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, kamikadzenin idarə etdiyi minalanmış avtomobil Yəmən Daxili İşlər Nazirliyinin Hormaksar şəhərində yerləşən Cinayət Axtarış İdarəsi yaxınlığında partladılıb.

Ölkədə fəaliyyət göstərən heç bir terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.