Dünyanın ən zəngin insanı səhmlərini satdı


Digərləri 04 Noy 2017 19:49:00 246 0

Dünyanın ən zəngin insanı səhmlərini satdı

"Amazon" internet mağazasının təsisçisi və baş direktoru Ceff Bezos arxada qoyduğumuz həftə ərzində rəhbərlik etdiyi şirkətin 1,1 mlrd. dollar dəyərində 1 mln. ədəd səhmlərini satıb.

Son.az APA-ya istinadən xəbər verir ki, milyarder son 6 il ərzində mütəmadi olaraq şirkətin səhmlərini satır. Sonuncu əqd cari ilin may ayında bağlanıb. Həmin vaxt C.Bezos səhm satışından 940,7 mln. dollar əldə edə bilib.

Hazırda "Amazon"un 80 mln. ədəd (16,4%) səhmi  C.Bezosa məxsusdur. Buna baxmayaraq, milyarder hələ də şirkətin ən iri səhmdarıdır.

C.Bezos dünyanın ən zəngin insanıdır. Onun sərvəti 93,1 mlrd. dollar məbləğində dəyərləndirilir.