Liviyada 3 Türkiyə vətəndaşı qaçırılıb


Dünya 04 Noy 2017 19:06:00 264 0

Liviyada 3 Türkiyə vətəndaşı qaçırılıb

Liviyada elektrik stansiyasının inşasında işləyən üç Türkiyə vətəndaşı silahlılar tərəfindən oğurlanaraq naməlum yerə aparılıb.

Hadisə cümə günü, günorta çağlarında, paytaxt Tripolidən təxminən 1 min kilometr cənuba doğru yerləşən Ubari şəhəri yaxınlığında baş verib.

İşçilərin kim olduğu və niyə qaçırıldığı məlum deyil, Türkiyənin TRT kanalı bildirir.

İnşaatda çalışan üç türklə yanaşı daha bir nəfər qaçırılıb.

Onun vətəndaşlığı müəyyən edilir, AFP agentliyinə danışan Liviya rəsmisi deyib.

Türklərin işlədiyi Enka inşaat şirkəti insidentin baş verdiyini təsdiqləyib.