BTQ ilə yola salınan ilk qatar 10 saat tez çatdı


Digərləri 04 Noy 2017 18:31:09 262 0

BTQ ilə yola salınan ilk qatar 10 saat tez çatdı

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yola salınan ilk qatar Türkiyənin Mərsin şəhərinə qrafikdən 10 saat tez çatıb.

Son.az bildirir ki, APA xəbər verir ki, qatarı "TCDD Taşımacılık A.Ş."-nin baş direktoru Veysi Kurt qarşılayıb. "Qatar 75 saat əvvəl Bakıdan yola düşüb. Bizim planımıza görə, qatar 80 saat sonra bura çatmalı idi. Ancaq qatar qrafiki 10 saat qabaqlayıb", - V.Kurt bildirib.