Rusiya bombardmançıları İŞİD-in Suriyadakı obyektlərinə zərbələr endiriblər


Dünya 04 Noy 2017 17:55:00 247 0

Rusiya bombardmançıları İŞİD-in Suriyadakı obyektlərinə zərbələr endiriblər

Hədəf terrorçuların silah-sursat anbarlarına, həmçinin idarəetmə məntəqəsinə zərbə endirmək olub

Rusiyanın "Tu-22M3" bombardmançıları İŞİD terrorçularının Suriyanın Deyr əz-Zor vilayətinin Əbu Kamal şəhərindəki obyektlərinə zərbələr endiriblər. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Hədəf terrorçuların silah-sursat anbarlarına, həmçinin idarəetmə məntəqəsinə zərbə endirmək olub.