Qadınların gizli görüntülərini çəkib, yayanları qorxutmaq üçün kampaniya başladıldı VİDEO


Digərləri 04 Noy 2017 11:12:00 476 0

Qadınların gizli görüntülərini çəkib, yayanları qorxutmaq üçün kampaniya başladıldı  VİDEO

Cənubi Koreyada gizli kamera pornoqrafiyasına qarşı kampaniya başladılıb

Son.az bbc-yə istinadla xəbər verir ki, kampaniyanın başladılma səbəbi gizli kamera pornoqrafiyası səbəbindən artan cinayətlərdir. Belə ki, Cənubi Koreyada hər il yüzlərlə insan sırf gizli çəkilib, porno saytlara yüklənən videosuna görə intihar edir.

Hazırda Cənubi Koreyada ən geniş yayılmış porno kateqoriyası "gizli çəkiliş"dir. Bu səbəbdən də yeni başladılan kampaniya ilə porno saytlarda həmin kateqoriyanı axtaran şəxslər təəccüblənəcəklər. Çünki saytlara polislər tərəfindən çəkilən saxta "voyeur" video yüklənib. Digər videolardakı kadrlarla başlayan video sonda qorxulu bitir. Polislər düşünür ki, bu "shock theraphy" video axtaranlar və çəkənlər üçün effektli olacaq.

Qeyd edək ki, Cənubi Koreyada gizli kamera ilə intim videolar çəkib, porno sayta yükləyənlər üçün 5 illik həbs cəzası nəzərdə tutulub.