"Türk Dünyası Coğrafiyası" çoxcildliyi hazırlanacaq


Digərləri 03 Noy 2017 22:03:00 296 0

"Türk Dünyası Coğrafiyası" çoxcildliyi hazırlanacaq

AMEA Coğrafiya İnstitutu çoxcildli "Türk Dünyası Coğrafiyası" nəşrini hazırlayacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib ki, İkinci Türkiyə-Azərbaycan Coğrafiya Günlərində görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun "Türk Dünyası Coğrafiyası" çoxcildliyinin yaradılması ideyasını gerçəkləşdirmək təklifini irəli sürüb. Bu təşəbbüs razılıqla qəbul edilib.

Alim əlavə edib ki, bu fikri AMEA prezidenti akademik Akif Əlizadəyə çatdırarkən o, vaxt itirmədən işə başlamağı tövsiyə edib. A.Əlizadə bu məsələdə Coğrafiya İnstitutunu dəstəkləyəcəyini söyləyib.