Evi üçün aldığı dam örtüyü bir həftə sonra paslandı VİDEO


Digərləri 03 Noy 2017 21:42:00 373 0

Evi üçün aldığı dam örtüyü bir həftə sonra paslandı  VİDEO

Evinin üstünə yeni dam örtüyü vurdurdu, lakin bir həftə sonra örtüklərin rəngi solmağa və korroziyaya uğramağa başladı.

Son.az bildirir ki, maraqlı hadisə Cəlilabad rayon sakini İlqar Quluyevin başına gəlib. O, bir müddət əvvəl yenicə tikilmiş evi üçün ümumi dəyəri 2000 manat olan dəmir dam örtüyü alıb. Alan zaman ona örtüklərin Rusiya istehsalı olduğu və keyfiyyət dərəcəsinin yüksək olduğu deyilib.

Amma örtüklər evin damına vurulduqdan bir həftə sonra onun rəngi solmağa başlayıb. Bunadan narahat olan ev sahibi yaxından örtüklərə baxış keçirdikdə məlum olub ki, onların nəinki rəngi solub, dam örtükləri paslanıb.