8 dəfə əməliyyat olunmuş ayaq şok effekti yaratdı FOTO


Digərləri 03 Noy 2017 19:06:00 278 0

8 dəfə əməliyyat olunmuş ayaq şok effekti yaratdı  FOTO

İngiltərənin "Arsenal" (London) klubunun ispan yarımmüdafiəçisi Santi Kasorla axilles vətərində 8 cərrahiyyə əməliyyatından sonra qalmış çapıqları göstərib.

Son.az bildirir ki, foto Marca-nın İnstagram-dakı akkauntunda da paylaşılıb. Bu foto Marca-nın təqibçilərini və oxuyucularını şoka salıb.

Futbolçu əməliyyatlardan birindən sonra ayağını itirə bilərdi. Onun qanına infeksiya düşmüşdü və bu səbəbdən də qanqrena başlamışdı. Lakin vaxtında başlanan müalicə futbolçunu amputasiyadan qurtarıb.

"Oğlumla yenidən gəzə biləcəyəm deyə həkimlər sevinməli olduğumu dedilər", - Kasorla söyləyib.

S.Kasorla 2016-cı ilin oktyabrında ayağından zzədələnmişdi. Onun müalicə və bərpa prosesinin təqribən 3 ay davam edəcəyi gözlənilirdi. Lakin 32 yaşlı futbolçunun müalicəsi davam edir.


Xəbərə aid fotolar