Türkiyədə yayımı qadağan olunan “Samanyolu” TV-nin keçmiş sahibi 31 il azadlıqdan məhrum edilib


Dünya 03 Noy 2017 13:37:09 353 0

Türkiyədə yayımı qadağan olunan “Samanyolu” TV-nin keçmiş sahibi 31 il azadlıqdan məhrum edilib

İstanbul Şəhər Polis İdarəsinin rəisinə isə 16,6 il iş kəsilib

Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəyə görə yayımı dayandırılan “Samanyolu” televiziyasının sahibi Hidayət Karaca 31 il azadlıqdan məhrum edilib. Son.az “report”-a istinadən xəbər verir ki, məhkəmədə 33 şahid dindirilib.

İstanbul Şəhər Polis İdarəsinin rəisi Ali Fuat Yılmazera isə 16 il 6 ay müddətinə iş kəsilib.