Ermənistan parlamentində baş verən terror aktının təşkilatçılarından biri həbsdə öldü


Dünya 03 Noy 2017 13:08:00 254 0

Ermənistan parlamentində baş verən terror aktının təşkilatçılarından biri həbsdə öldü

18 il əvvəl Ermənistan parlamentində baş verən terror aktının əsas iştirakçılarından biri olan Eduard Qriqoryan ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "news.am" saytına Ermənistan Ədliyyə Nazirliyinin cinayət-icraat idarəsinin mətbuat xidmətinin rəhbəri Qor Qleçyan məlumat verib.   O bildirib ki, E. Qriqoryanın ürəyində güclü ağrılar olub. O, təcili tibbi yardımla "Erebuni" tibb məntəqəsinə çatdırılıb və orada ölüb. Ölümün səbəbi məhkəmə tibbi ekspertizadan sonra məlum olacaq.   Qeyd edək ki, 1999-cu il oktyabrın 27-də bir qrup şəxs Ermənistan parlamentinə daxil olaraq iclasda iştirak edən deputatlara atəş açıb. Nəticədə Ermənistan baş nazirinin müavini Vazqen Sarkisyan, parlamentin spikeri Karen Dəmirçyan, vitse-spikerlər Yuri Baxşyan və Ruben Miroyan, nazir Leonard Petrosyan, parlamentin deputatları Armenak Armenakyan, Henrix Abramyan və Mikael Kotanyan ölüb.   Hadisədə təqsirli bilinən 6 nəfər - dəstənin başçısı Nairi Unanyan, onun qardaşı Karen Unanyan, onların dayısı Varam Qalstyan, həmçinin Derenik Becanyan, Eduard Qriqoryan və Aşot Knyazyan ömürlük azadlıqdan məhrum edilib. Hamlet Stepanyana isə 14 il iş kəsilib.