İŞİD-in İraqdakı əsas dayaq nöqtəsi terrorçulardan azad edilib


Dünya 03 Noy 2017 12:18:39 259 0

İŞİD-in İraqdakı əsas dayaq nöqtəsi terrorçulardan azad edilib

Numan Abed əl-Zubey: “İŞİD-in İraqdakı son qalası Əl-Kaimə nəzarət bərpa etdik”

İraq ordusu Əl-Kaim qəsəbəsini terrorçu İŞİD qruplaşmasından azad edib.

“Report” Türkiyə KİV-inə istinadən xəıbər verir ki, bunu İraq ordusunun komandanlarından olan Numan Abed əl-Zubey bildirib.

“İŞİD-in İraqdakı son qalası Əl-Kaimə nəzarəti bərpa etdik”, - o vurğulayıb.

Suriyanın Deyrzor şəhərinin də terrorçu İŞİD qruplaşmasından təmizləndiyi haqqında xəbər yayılıb.

Qeyd edək ki, İraqın Suriya sərhədi yaxınlığında yerləşən Əl-Kaim və Rava qəsəbələrinin İŞİD-dən təmizlənməsi üçün əməliyyat oktyabrın 26-da başlayıb.