Fransa Yeni Kaledoniyanın müstəqillik referendumu keçirməsinə razılıq verib
Dünya 03 Noy 2017 12:28:33 240 0
Bunu Fransanın baş naziri Eduard Filipp bildirib
Hökumət başçısı deyib ki, referendumun keçirilməsinə siyasi baxımdan razılıq veriblər.
Referendumun dəqiq tarixi təyin edilməsə də, bunun 2018-ci ildə keçirilməyəcəyi artıq məlumdur.
Referendum 1998-ci ildə Sakit okeandakı adaların müstəmləkədən azad olunaraq, müstəqillik əldə edilməsi üçün keçirilən ümumxalq səsverməsinin nəticələrinə uyğun olaraq gerçəkləşəcək.
Qeyd edək ki, Yeni Kaledoniya Sakit okeanın cənub-qərb hissəsində eyniadlı adada yerləşir. Mərkəzi şəhəri Numeadır. 2016-cı ilin siyahıya alınmasına görə əhalisinin sayı 275 min 355 nəfərdir. Onlar əsasən melaneziy (2014-cü ilin məlumatın əsasən 39,1 faiz) və fransızlardan (27,2 faiz) ibarətdir. Ərazisi 18 min 575 kvadrat kilometrdir.
Əhalinin 60 faiz katolik, 30 faizi protestant, 4 faizi isə sünni müsəlmandır.
Nikel və dəmir hasilatı, əlvan metalurgiya, balıqçılıq sənayesi inkişaf edib. Xrom, kobalt, marqanz, qızıl, gümüş, qurğuşun, mis mədəni var.
Adanı 1774-cü ildə Ceyms Kuk kəşf edib. Ona əcdadlarının şərəfinə Şotlandiyanın qədim adını - Kaledoniyanı verib. Yeni Kaledoniya Fransanın xüsusi statuslu inzibati ərazisidir.
Bu ada ölkəsi 1988-ci ildə müstəqil olmaq istəyib, ancaq Fransa onun bu tələbinə mənfi cavab verib. 2013-cü ildə də yerli parlament müstəqillik bağlı yeni iclas keçirmək istəyib. Amma bu baş tutmayıb.