Qeyriadi qəbirlər tapıldı: CADUGƏR, NƏHƏNG İNSAN... FOTO


Digərləri 03 Noy 2017 08:52:00 300 0

Qeyriadi qəbirlər tapıldı: CADUGƏR, NƏHƏNG İNSAN...  FOTO

Biz qeyri-adi tapıntılar haqqında xəbərlərdən yan keçməməyə çalışırıq. Bunun sadə səbəbi var: Publika.az gündəlik siyasi, iqtisadi xəbərlərlə yanaşı, tarix, tibb, texnologiya, arxeologiya, ümumiyyətlə, elmin bütün sahələrini əhatə etdiyi üçün sevilir.

Arxeologiyaya aid olan materiallarda əcdadlarımızın ixtiraçılığına, qeyri-adi davranışlarına təəccüblənməmək əldə deyil.

Bu dəfə xəbər Almaniyadan gəldi: Tsays şəhərinin ətrafında yolun tikintisi zamanı işçilər insan sümüklərinə rast gəldilər. Onlar əvvəlcə polis, sonra isə mədəni irsin mühafizəsi üzrə regional idarədən olan arxeoloqları çağırdılar. Xilasetmə qazıntıları ilə tələsmək lazım oldu - arxeoloqlara 1 noyabra qədər vaxtı verdilər ki, yeni yolun tikintisini daha çox ləngitmək olmaz. Yerli mətbuatda tapıntılar haqda ilk xəbərlər hələ oktyabrın ortasında çıxmışdı, o vaxtdan indiyə qədər tədqiqatçılar 15 qəbir aşkar etdilər ki, insan qəbirləri ilə yanaşı, onlardan bir neçəsi də at qəbirləri idi.

Arxeoloqların ilkin rəyinə görə, tapıntılar Merovinq dövrünə - 500-751-ci illərə aiddir.

Mili.Az bildirir ki, onlar işlərin erkən mərhələlərində jurnalistlərə "ifadə verməyi" sevmirlər və əsaslı olaraq tamaşaçının aşırı diqqətindən qorxurlar.

Qazıntıların rəhbəri Susanna Fridrix (Susanne Friederich) mətbuatla ünsiyyətdə hələlik çox ehtiyatlıdır: o, tapılmış qəbirlər və basdırmalar haqqında geniş danışmaqdan imtina edir və onları sensasiya adlandırmağa tələsməyərək, sadəcə "qeyri-adi" adlandırmağa üstünlük verir.


Xəbərə aid fotolar