Akşənər Türkiyə siyasətini silkələdi


Dünya 02 Noy 2017 23:06:00 275 0

Akşənər Türkiyə siyasətini silkələdi

Türklərin 22,7%-i Maral Akşənərin siyasi mövqeyinin doğru olduğunu hesab edir.

Son.az axar.az-a istinadən bildirir ki, bu nəticə "Gezici" araşdırma mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb. Respondentlərin 16,8%-i qadın siyasətçinin mövqeyini qismən dəstəklədiyini bildirib. Ümumilikdə 32% şəxs Akşənərin siyasi mövqeyini dəstəkləməyib.

Respondentlərin 23,2%-i Maral Akşənərin qurduğu İYİ Partiyasına səs verə biləcəyini söyləyib. Buna qarşı çıxanlar 51% təşkil edir. Bununla bərabər türklərin 44,6%-i ölkənin yeni partiyaya ehtiyacı olduğunu düşünür. Bu fikrə qarşı çıxanların sayı isə 45,3%-dir.

Şirkət həmçinin İYİ Partiyanın iştirakı olmadan keçirilə biləcək seçki ilə bağlı da insanların fikrini öyrənib. Sorğuya əsasən belə bir seçki olarsa, əhalinin 47,1%-i AKP-yə, 26,8%-i CHP-yə, 13,5%-i MHP-yə, 9,8%-i isə HDP-yə səs verəcəyini söyləyib.

Sorğuda maraqlı məqam İYİ Partiyanın seçkidə iştirakı ilə bağlıdır. İYİ Partiya seçkiyə qatılacağı təqdirdə sorğuda iştirak edənlərin 43,8%-i AKP-yə, 18,5%-i CHP-yə, 8,8%-i MHP-yə, 19,5%-i İYİ Partiyaya, 7%-i HDP-yə səs verəcəyini bildirib.