Sən demə, qripp və soyuqdəymədən bu vitamin qoruyur


Digərləri 02 Noy 2017 22:25:00 301 0

Sən demə, qripp və soyuqdəymədən bu vitamin qoruyur

Soyuq fəsillərdə qripp və soyuqdəymə xəstəliklərinin riski dəfələrlə artır. Son.az saglamolun.az-a istinadən bildirir ki, alimlər araşdırmalar zamanı sübut ediblər ki, bu xəstəliklərin riskini azaltmağa D vitamini kömək edir. Orqanizmində D vitamini çatışmazlığı olan insanlar soyuq fəsillərdə daha tez-tez xəstələnir. Medikforum-un məlumatına görə, Böyük Britaniya alimləri araşdırma nəticəsində belə qərara gəliblər ki, D vitaminin müntəzəm istehlakı infeksiyaların riskini 2 dəfə azaldır. D vitaminin təbii mənbələri arasında balıq yağı, yağlı balıq növləri, yumurta, süd və məhsullarıdır.