Çağatay bu paylaşımı ilə Hazal Kayanı güldürdü FOTO


Dünya 02 Noy 2017 18:12:00 346 0

Çağatay bu paylaşımı ilə Hazal Kayanı güldürdü  FOTO

İnstagram-ı aktiv istifadə etməsə də, ara-sıra paylaşımlar edən aktyor Çağatay Ulusoy keçmiş tərəf-müqabili Hazal Kayanı güldürüb.   Son.az axşam.az-a istinadən bildirir ki,  aktyor dünya şöhrətli musiqi qrupu "Guns N Roses"la tanınan və Slaş adı ilə tanınan gitarist Saul Hadsonun obrazına girib. 1 saat ərzində 87 min izləyicinin bəyəndiyi şəklə aktrisa Hazal Kaya da reaksiyasız qala bilməyib. O, Ulusoyun şəklinə "Gülməkdən gözlərim qanadı. Allah canını almasın" sözlərini yazıb.   Qeyd edək ki, Çağatayla Hazal "Adını Feriha qoydum" serialında tərəf-müqabili olublar. 


Xəbərə aid foto