Lavrov ATƏT-in baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək


Digərləri 02 Noy 2017 18:17:00 299 0

Lavrov ATƏT-in baş katibi ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 3-ü ATƏT-in baş katibi Tomas Qremingerlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Bakı. Ləman Zeynalova - Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 3-də ATƏT-in baş katibi Tomas Qremingerlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək. Trend-in məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. M.Zaxarova qeyd edib ki, bu görüş T.Qremingerin ATƏT baş katibi vəzifəsində Moskvaya ilk səfəri çərçivəsində baş tutacaq.