"Qanuni oğru" arvadına intim mesaj göndərən şəxsin başına oyun açdı


Dünya 02 Noy 2017 16:10:00 364 0

"Qanuni oğru" arvadına intim mesaj göndərən şəxsin başına oyun açdı

Türkiyədə iki avtoritet qadın üstündə dalaşıb. 

Son.az baku.ws-yə istinadən xəbər verir ki, Türkiyədə həbsxanadan azad olan Lavasoqlu Batumskiy ləqəbli Mindiya Qoradze həmkarı Ceyran Xonskiy ilə əlbayaxa dalaşıb. 

İki avtoritetin dava etməsinin səbəbi isə, qadın olub. Belə ki, Ceyran Xonskiy Batumskiyin arvadına gizlincə öz intim şəkillərini və mesajlar göndərib. 

Qanuni oğrunun arvadı bu barədə ərinin yaxın dostu Çiya kimi tanınan Laşa Baratelliyə danışıb. Laşa Ceyrana xəbərdarlıq etsə də, Batumskiy həbsdən çıxandan sonra Ceyranla üz üzə gəlib. O, arvadına qarşı etdiyi hərəkəti aydınlaşdırmaq istəyib.