"BakuBus" qaydanı pozan sürücünü işdən qovdu


Digərləri 02 Noy 2017 14:34:00 419 0

"BakuBus" qaydanı pozan sürücünü işdən qovdu

"BakuBus" MMC-yə məxsus "99JX-266" dövlət qeydiyyat nişanlı avtobus sürücüsünun 27.10.2017-ci il tarixdə saat 18:25 radələrinə Binəqədi rayon Rəşid İsmayılov küçəsində yol verdiyi qayda pozuntusu ilə bağlı araşdırmanın nəticəsi olaraq, sürücü Kərimov Kamran Ağakərim oğlu tutduğu vəzifədən azad olunub.

"Bakubus"un sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO

Bu barədə Son.az-ın sorğusuna cavab olaraq "Bakubus" MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib.

Şöbə müdiri qeyd edib ki, ümumiyyətlə, gün ərzində şirkətin qaynar xəttinə sərnişinlərimiz tərəfindən sürücülərlə bağlı daxil olan bütün şikayətlər araşdırılır və xidməti fəaliyyətində nöqsan aşkarlanan sürücü ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati qaydada tədbirlər görülür:


Xəbərə aid foto