"Report": Lirə və rubl gələn il manata təzyiqi artıracaq
Digərləri 02 Noy 2017 13:24:42 189 0
Lirəyə xarici ticarət kəsrinin artması, rubla isə sanksiyalar təsir edəcək
Rubla gəldikdə isə, bir neçə gün öncə ABŞ Dövlət Departamentinin Rusiyanın neft-qaz sektoruna qarşı yanvarın 29-da qüvvəyə minəcək sərt sanksiyaları artıq öz təsirini göstərib. "Türk axını"nın Avropaya qaz ötürəcək 2-ci boru xətti və "Şimal axını-2" layihələrində problemlər barədə xəbərlər gəlməyə başlayıb. Əgər bu boru xətlərinin inşası başa çatmasa, Rusiyanın Avropaya qaz nəqlində xeyli azalma olacaq. Bununla yanaşı, 2018-ci ilin II yarısından etibarən neft qiymətlərində gözlənilən azalma Rusiya rublunun ucuzlaşmasına səbəb olacaq. Analitik qrup 2018-ci ildə Rusiyada dolların məzənnəsinin 63-68 RUB/USD diapazonunda olacağını ehtimal edir.
"Hər iki valyutanın ucuzlşması Azərbaycan manatına təzyiqləri artıracaq. Manatın real effektiv məzənnəsi yüksələrək bu ölkələrdən malların Azərbaycana axınını sürətləndirəcək. Belə bir halla Azərbaycan 2014-cü ilin son rübündən ilk devalvasiyaya (21 fevral 2015-ci il) qədər üzləşib. O zaman real effektiv məzənnə illik orta qiymət olan 130 bənd səviyyəsindən 2015-ci ilin yanvar ayında 153 bəndə yüksəlib. 2017-ci il sentyabrın 1-nə isə manatın real effektiv məzənnəsi 92,2 bənd təşkil edib. Məzənnənin 100 bəndi ötməsi isə manata təzyiqləri artıracaq", - deyə analitiklər qeyd ediblər.