“Vəhşi diviziya” haqqında film hazırlanıb FOTO


Digərləri 02 Noy 2017 12:41:00 394 0

“Vəhşi diviziya” haqqında film hazırlanıb  FOTO

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) "Vəhşi diviziya" adlı qısametrajlı tarixi film hazırlayıb. MEK-dən Son.az-a verilən məlumata görə, filmdə Çar Rusiyası dönəmində Azərbaycan və Qafqazın müsəlman xalqlarından yaradılmış və diviziyaya daxil olan könüllü süvari alaylarının, həmçinin, tatar (azərbaycanlı) alayının Birinci Dünya müharibəsində iştirakından bəhs edilir.

Qeyd edək ki, Qafqaz Yerli Süvari diviziyasında ("Vəhşi diviziya")  azərbaycanlıların  xüsusi yeri olub. Diviziyada şahzadə Feyzulla Mirzə Qovanlı-Qacar, Hüseyn xan Naxçıvanski, Nur bəy Sofiyev, Cəmşid xan Naxçıvanski kimi məşhur azərbaycanlı hərbçilər qulluq edib. "Vəhşi diviziya"nın, xüsusən də tatar alayının müharibə dövründəki şücaəti misilsiz olub.Belə ki, məhz tatar alayının hərbçiləri Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasında vacib rol oynayıblar.  


Xəbərə aid fotolar