Yağış yağacaq, güclü külək olacaq


Digərləri 02 Noy 2017 12:34:08 267 0

Yağış yağacaq, güclü külək olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən son.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq.

Səhər yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-10° isti, gündüz 15-18° isti, Bakıda gecə 8-10°, gündüz 15-17° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 45-50 % olacaq.