Səhiyyə Nazirliyindən "Qoca"nın yaralanan adamları ilə bağlı AÇIQLAMA


Digərləri 02 Noy 2017 12:07:00 282 0

Səhiyyə Nazirliyindən "Qoca"nın yaralanan adamları ilə bağlı AÇIQLAMA

"Qoca" ləqəbli kriminal avtoritet Etibar Məmmədovun tutulması üçün keçirilən əməliyyat zamanı yaralanan şəxslər 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyindən ölkə.az-a verilən məlumata görə, 1988-ci il təvəllüdlü Anar Əsgərov sol qolun bazu nahiyyəsindən güllə yarası alıb və qolu sınıb.

Bildirilib ki, xəstəyə bütün zəruri tədbirlər edilir. 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmarın isə yarası ağır olmadığından hüquq-mühafizə orqanlarına təhvil verilib.