Cocuq Mərcanlıda görülən son işlərlə bağlı


Digərləri 02 Noy 2017 08:08:00 272 0

Cocuq Mərcanlıda görülən son işlərlə bağlı

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin telekommunikasiya infrastrukturunun genişləndirilməsi üzrə işlərin növbəti mərhələsi başa çatır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Kənd ərazisində telekommunikasiya infrastrukturunun yaradılması üzrə əsas işlər həyata keçirilib. Kəndə 10 kilometrə yaxın optik xətt çəkilib.

Bundan başqa, Cocuq Mərcanlıda kabel-kanalizasiya qurğuları, lokal şəbəkə infrastrukturu yaradılıb və ATS işə salınıb.