Meksikada 6 bal gücündə zəlzələ olub


Dünya 02 Noy 2017 06:41:52 277 0

Meksikada 6 bal gücündə zəlzələ olub

Yeraltı təkanlar Sakit okean hövzəsində qeydə alınıb.

Meksikada 6 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeraltı təkanlar Sakit okean hövzəsində, Meksika sahillərində qeydə alınıb.

Zəlzələnin episentri Salina-Krus şəhərindən 182 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ intensivliliyinə görə episentrdə "dağıdıcı" kimi qiymətləndirilib.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.