FTB Nyu-York terrorunda şübhəli bilinən ikinci şəxsi axtarır


Dünya 02 Noy 2017 03:18:32 289 0

FTB Nyu-York terrorunda şübhəli bilinən ikinci şəxsi axtarır

O, Özbəkistandna olan Muhammadzoir Kadirovdur

ABŞ-ın Federal Təhlükəsizlik Bürosu (FTB) Nyu-Yorkda 8 nəfərin ölümünə səbəb olan terror aktında iştirakda şübhəli bilinən ikinci şəxsi axtarır.

"Report" "RT"-ə istinadən xəbər verir ki, şübhəli şəxs Özbəkistandan olan 1984-cü il təvəllüdlü Muhammadzoir Kadirovdur.

Qeyd edək ki, federal prokurorlar terror aktının icraçısı Sayfullo Saipovu terrorçuluqda ittiham edib.