Sağ adama 14 il əvvəl qəbir qazılıb Bəs həmin qəbirdə kim dəfn edilib? VİDEO


Digərləri 01 Noy 2017 23:31:00 465 0

Sağ adama 14 il əvvəl qəbir qazılıb  Bəs həmin qəbirdə kim dəfn edilib?  VİDEO

Özü sağdır, amma 14 il əvvəl adına qəbir qazılıb və ölü kimi qeydiyyatdadır.

Son.az bildirir ki, Abşeron rayonu, Saray qəsəbəsində baş verən bu qəribə hadisə haqqında məlumat vermişdik. Şəkil olmayan qəbir daşında 36 yaşlı Bayramov İlham Davud oğlunun 2003-cü ilin 29 dekabrında dəfn olunduğu həkk olunub.

Maraqlısı odur ki, həmin şəxs sağdır və Saray qəsəbəsində yaşayır. Bəs necə olub ki, qəbirə başqa adam basdırıblar və bu necə səhv düşüb? Yaxud qəbirdə həqiqətən adam basdırılıbmı?

İlham Bayramov psixoloji problemlərdən əziyyət çəkdiyi üçün heç bir suala cavab vermir.

Saray bələdiyyəsinin sədr müavini Şahlar Məhərrəmov isə deyir ki, həmin adama o vaxtki bələdiyyə sədri tərəfindən qəbiristanlıqda yer ayrılıb. Abşeron rayonu Vətəndaş Aktlarının Qeydiyyatı şöbəsinə İlham Bayramova ölüm haqda şəhadətnamənin hansı şəraitdə verilməsi sualını ünvanlasaq da, cavab verən olmadı. Yalnız Saray Bələdiyyəsi sədrinin sorğusundan sonra şöbədən bildirilib ki, İlham Bayramovun ölməsi ilə bağlı 2003-cü ildə onlara müraciət daxil olunub və şəhadətnamə verilib. Amma müraciəti kimin etməsi haqda açıqlama verilməyib. Diqqət çəkən məqam isə budur ki, qəbrin üzərində "dayısından xatirə" sözləri yazılıb.