Alimlər nəhəng "bədheybət"in sirrini AÇDILAR


Digərləri 01 Noy 2017 21:42:00 274 0

Alimlər nəhəng "bədheybət"in sirrini AÇDILAR

Genetiklərin beynəlxalq kollektivi Yer kürəsində ən böyük orqanizmin - adi tünd xoruzgöbələyinin dezoksiribinuklein turşusunun (DNT) turşusu və onun sağ qalmasının şifrəsini açıblar.

Son.az xəbər verir ki, bu haqda "Nature Ecology & Evolution" jurnalında dərc edilmiş məqalədə deyilir.

Adi tünd xoruzgöbələyinin göbələk telləri bir neçə yüz hektar meşə ərazini tuta bilər.

"Xoruzgöbələyilərin bütün növləri meşədə ən dağıdıcı patogenlərdən biridir. Onlar Yer kürəsinin bir çox regionlarında meşələrin dağıdılmasının əsas səbəbidir. Bu gün ekoloqlar bu göbələklə mübarizə yollarını tapmağa çalışırlar", - Macarıstandakı Bioloji Tədqiqatlar Mərkəzindən Laslo Nad bildirib. XX əsrin sonunda ABŞ-ın Oreqon ştatının ərazisində yerləşən Malur qoruğunda işləyən ekoloqlar aşkar ediblər ki, bütün yerli tünd xoruzgöbələyilər (Armillaria ostoyae) bir nəhəng orqanizmin hissəsidir. Bu nəhəng orqanizmin əhatə etdiyi ərazi təxminən 880 hektar təşkil edir. Onun yaş təxminən 2,5 min il, ümumi kütləsi isə 600 tondur.