Gecəyarısı qorxulu zəng, yoxa çıxan rəsmlər, "Mavi balina"nın udduğu gənc... – FOTO


Digərləri 01 Noy 2017 20:42:00 384 0

Gecəyarısı qorxulu zəng, yoxa çıxan rəsmlər, "Mavi balina"nın udduğu gənc... – FOTO

Son.az lent.az-a istinadən Səbuhi Məmmədlinin dəhşətli intiharla bağlı reportajını təqdim edir:

"Qucağıma aldım, qaldırdım, gücüm çatmırdı. Ağzını açdım, nəfəs verdim, durmadan nəfəs verdim ki, bəlkə balamın nəfəsi gələ. Gəlmədi..."

Bunu deyib, hönkürür nənəsi, birtəhər sakitləşdirirlər onu.

***

Şamaxının Mədrəsə kəndindəyik. Oktyabrın 13-dən 14-ə keçən gecə bu kənddə faciə yaşandı. 10-cu sinif şagirdi, 15 yaşlı Polad Məmmədov özünü həyətlərindəki yarımtikilidə asaraq, intihar etdi. Kənddə hamının gülərüz, şən, yaxşı oxuyan, idmançı kimi tanıdığı Poladın intiharının səbəbləri hələ də müəmma olaraq qalır...

***

Polad həmin gün, yəni ayın 13-ü axşam saat 6-dək məktəbdə olub. Mədrəsə kənd orta məktəbinin direktoru Ağamustafa Teymurov deyir bunu.

- Polad ailənin böyük övladıdır. 3 uşaqdırlar, bir bacı, iki qardaş. Çox mehriban ailədirlər. Heç vaxt söz-söhbət olmayıb bu ailədə. Kənd yeridir, bilirsiz, amma normal imkanları da var. Hüquq fakültəsinə hazırlaşırdı, hazırlığa gedirdi, dərsə davamiyyəti qaydasında idi, yaxşı da oxuyurdu, idmanla məşğul olurdu. Ata-anası o uşağın üstündə yarpaq kimi əsirdi. Heç nəyi əsirgəmirdilər ondan. Əsas da təhsilinin üstünə düşmüşdülər. Deyib-gülən uşaq idi. Məktəbdi də, bir də görürdün üstünə qışqırırdın, ya danlayırdın, müəllimə cavab qaytarmaq nədi, eləcə üzünə gülürdü. Mən hələ də özümə gələ bilməmişəm, hələ də inanmıram.

***

Hə, o lənətə gəlmiş gün, oktyabrın 13-ü cümə günü axşam saat 6-da məktəbdə hazırlığını bitirib, evə gəlir. Amma həmin gün məktəbdə qəribə bir hadisə də baş verir. Dərsdə, hə, elə dərsin ortasındaca Polad qəfil hönkür-hönkür ağlamağa başlayır. Nə sinif yoldaşları, nə də müəllim onu sakitləşdirə bilirlər. Ağladıqdan sonra heç nə olmayıbmış kimi gözünün yaşını silib, dərsə qulaq asmağa başlayıb.

Axşam evə gələndən sonra babasının telefonuyla anasını arayır. Ata və anası həmin gün evdə olmayıblar, Ələtə qonaq gediblərmiş. Anasına isə öz telefonuna görə zəng edib. Uşaqlarının təhsilinə həddən artıq həssas olan valideynlər, sən demə, hər bazar axşamı onun telefonunu əlindən alır, bir də cümə günü qaytarırmışlar ki, uşaq telefona aludə olmasın.

Anası telefonun yerini deyir. Bundan sonra öz otağına qapılıb, mahnıya qulaq asmağa başlayır...

***

Babası Əfqani Məmmədov deyir ki, həmin gün bütün axşamı qəmli mahnılara qulaq asıb. Sonra nənəsiylə birgə yemək yeyib. Nənəsinə deyib ki, məni özün yedirt. Uşaq vaxtlarında olduğu kimi. Sonra isə telefona şən mahnı qoyub. Nənəsinə, bacısına sarılıb, deyib ki, gəlin oynayaq. Beləcə, deyə-gülə baş-başa verib oynayıblar.

Gecə saat 12 radələrində isə bacısı görüb ki, ağlaya-ağlaya özünü videoya çəkir. Bir qədər sonra nənəsi onun yataq otağına gəlib. Niyə yatmadığını soruşub. Nənəsinə deyib ki, işığı söndür, yatıram. Amma... Amma yatmayıb, intihar planını cızıb...

***

Gecə saat 1 radələrində bacısı babasını oyadır. Əfqan kişiyə deyir ki, Polad otaqda yoxdur. Polad bacısıyla bir otaqda həm dərslərini hazırlayırmış, həm də yataq otaqları bir olub. Həmin gecə isə bacısı valideynləri evdə olmadığından körpə qardaşıyla başqa otaqda yatıbmış.

- Qəfil yuxudan oyanıb qızcığaz. Yuxuda nə görübsə, qan-tər içində qardaşının otağına tərəf qaçıb. Görüb ki, Polad yoxdur. Tez məni oyatdı. Durdum, həyətə çıxdıq. Dedim, bəlkə tualetə gedib. Bir az gözlədik, səbrim çatmadı, tualetə baxdım, gördüm orada yoxdur. Telefonuna zəng etdik, küçə tərəfdən zəng səsi gəldi. Daha doğrusu, mənə elə gəldi ki, zəng küçədən gəlir. Küçədə, qapımızın ağzında balaca bir skamya var. Dedim, yəqin orda oturub. Amma orda deyildi. Yenə zəng etdik. Bu dəfə telefonun səsi bax, burdan, bu çardağın altından gəldi. Gecə qaranlıq, telefonun səsi gəlir, amma bilmirəm haradan. Amma hiss edirəm ki, telefon yaxında, iki-üç metrlikdədir. Nə telefonu tapa bilirəm, nə də Poladı. Birdən bacısı qışqırdı, baba, odey Polad bizə baxır. Çönüb baxdım, Polad idi... Mənə baxırdı... Amma cansız... Asmışdı özünü...

***

Bundan sonra Əfqan kişi üçün ömrü boyu unutmayacağı dəqiqələr başlayır. Poladı qucaqlayıb yuxarı qaldırır ki, boğazına keçirdiyi nazik dəmir trosu çıxarsın. Amma gücü çatmır. Bir əliylə nəvəsini tutur, o biri əliylə trosu boğazından çıxarmağa cəhd edir. Amma bacarmır. Çiynini nəvəsini ayaqlarına dirəyir, eyni zamanda qışqırmağa başlayır ki, kömək gəlsin. Nənəsi və qonşuları səsə gəlirlər. Trosu Poladın boğazından çıxarırlar, yerə qoyurlar, nəfəs verməyə başlayırlar, sinəsini masaj edirlər, amma həmin vaxt ağıllarına da gəlmirdi ki, Polad çoxdan həyatda yoxdur.

- Ayağını altına kanistr qoyubmuş. Bir ayağı kanistrin üstündəydi, bir ayağı aşağı sallanırdı. Telefonu cibində, "nauşniki" də qulağında, belə bir vəziyyətdə asmışdı özünü. Amma nəvəsinin niyə intihar etməsini isə hələ də anlaya bilmir Əfqan kişi.

Bəlkə sevgi?

Hə, belə bir məqam olub. Polad bir qızı sevirmiş. İntihardan xeyli əvvəl sevdiyi qız ona deyibmiş ki, o, ali təhsil almaq istəyir, bu tip məsələlərə vaxt ayırmağa vaxtı yoxdur. Amma bu, çox əvvəl olub. Hamı deyir ki, sevgi məsələsi xırda detaldır.

İki qorxulu məqam

Poladın intiharında iki əsas məqam var ki, müstəntiqlər bu məqamlara mütləq diqqət ayırmalıdırlar.

Birincisi, Poladın çəkdiyi rəsmlər. Hə, çox istedadlı uşaq olub. Yaxşı da rəsmlər çəkirmiş. Müxtəlif məzmunlu rəsmlər. İntihardan sonra məlum olub ki, bu rəsmlər... yoxa çıxıb.

- Hər yeri axtardıq, evi ələk-vələk etdik, rəsmləri tapa bilmədik.

Babası deyir bunu.

İkincisi isə... qolunu iki yerdən kəsməyi.


Xəbərə aid fotolar