17 yaşlı oğlan evlərindən oğurluq etdi Azərbaycanda


Digərləri 01 Noy 2017 18:48:00 229 0

17 yaşlı oğlan evlərindən oğurluq etdi  Azərbaycanda

Bərdə rayonunda 17 yaşlı oğlan evlərindən oğurluq edib.

Son.az report-a istinadən xəbər verir ki, rayon sakini Fərhad Həsənov Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək  evindən 1700 ABŞ dolları və 300 manat oğurlanması barədə məlumat verib.  Bərdə RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, evdən oğurluq edən şəxs onun 17 yaşlı oğlu Mədət Həsənov olub. 

M.Həsənov ilkin dirdirmələr zamanı etdiyi əməli etiraf edərək evdən yalnız 1400 ABŞ dolları oğurladığını atasının verdiyi şikayət ərizəsinin yanlış olduğunu bildirib.