Meriya binası bir gün ərzində iki dəfə təxliyə olundu


Dünya 01 Noy 2017 16:52:00 237 0

Meriya binası bir gün ərzində iki dəfə təxliyə olundu

Rusiyanın Kalininqrad şəhərinin meriya binası bir gün ərzində iki dəfə təxliyə olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna binada sahibsiz əşyanın tapılması səbəb olub.

Qeyd olunur ki, binada aparılan axtarışlardan sonra əməkdaşlar iş yerinə qayıdıb. Amma qısa müddət sonra təxliyə yenidən aparılıb.