Ermənistanda həbsxanada məhbuslar qiyam qaldırıb


Dünya 01 Noy 2017 12:46:24 238 0

Ermənistanda həbsxanada məhbuslar qiyam qaldırıb

Onlar kameraların qapılarını sındırıb, bir-birilərini təhqir etməyə başlayıblar

Ermənistan Ədliyyə Nazirliyinin Gorus islah-əmək müəssisəsində məhbuslar yataq dəstlərini yandırıb, kameraların qapılarını sındırıblar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə oktyabrın 31-də gecə saatlarında olub.

Ermənistan İstintaq Komitəsi və İslah-Əmək Müəssisəsinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı məhbuslar və məhkumlar arasında münaqişə yaranıb. Onlar kameraların qapılarını sındırıb, bir-birilərini təhqir etməyə başlayıblar. Məhbusların bəziləri yanan yataq ləvazimatlarını və məişət əşyalarını kameranın pəncərəsindən bayıra atıblar.

Məhbuslar və məhkumlar arasında xəsarət alan və ölən olmayıb.