Leyla Şıxlinskayaya cinayət işi açıldı


Digərləri 01 Noy 2017 13:00:00 254 0

Leyla Şıxlinskayaya cinayət işi açıldı

Xalq artisti Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinika iki milyondan çox vergidən yayınıb.

Son.az femida.az-a istinadən xəbər verir ki, xalq artisti Leyla Şıxlinskayanın fəaliyyəti ilə əlaqədar cinayət işi başlanıb.

Bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Məlumatda bilirilir ki, CM-nin 213-cü (vergidən yayınma) maddəsiləcinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaq davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Cinayət işi aktrisanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının vergidən yayınması ilə bağlıdır. Klinikanın yayındırdığı verginin məbləğinin iki milyon manatdan çox olduğu bildirilir.