Məşhur aktyora daha bir ittiham


Digərləri 01 Noy 2017 11:40:24 347 0

Məşhur aktyora daha bir ittiham

Tanınmış amerikalı aktyor, "Oskar" mükafatı laueratı, Hollivud ulduzu Kevin Speysiyə seksual təcavüz və eksqibisiozmlə bağlı yeni ittihamlar irəli sürülüb.

Son.az tmz-yə istinadən bildirir ki, tanınmış rejissor, "The Final Sin", "We Don't Exist", "Kay.Fabe", "Mr. Dupree", "Discover", "Rebuilt", "Best Friend" və "Overnight" sənədli, habelə qısametrajlı filmlərinin müəllifi olmuş amerikalı Toni Montananın dediyinə görə, 58 yaşlı Kevin Speysi onu da tovlayıb təcavüzə cəhd edib.

Toni Montananın sözlərinə görə, 2003-cü ildə Los-Ancelesdəki "Coronet Pub" barında Kevin Speysi ilə qarşılaşıb.

"Kevin sərxoşdu. Mənə yaxınlaşdı, qucaqladı. Sonra mənə "Gəl, buradan birlikdə gedək" dedi və əxlaqsız hərəkətlər etdi. Speysinin əlini itələyib ondan aralandım. Lakin o, arxamca ayaqyoluna gəldi. Onu itələdim, Speysinin dostlarından birinə "onu evə aparın" dedim. Onlar barı tərk etdilər", - Toni Montana deyib.

Onun sözhlərinə görə, həmin olaydan sonrakı 6 ay ərzində posttravmatik stressdən əziyyət çəkib və psixoloqlara müraciət etmək məcburiyyətində qalıb.

Böyük Britaniyada yaşayan barmen Deniel Bil isə The Sun-a bildirib ki, siqaret çəkmək üçün bardan çıxanda K.Speysi ona yaxınlaşıb.

"Şalvarını açdı, qarşımda durdu. Sonra qolundakı bahalı İsveçrə qol saatını çıxarıb mənə verdi. Zarafat elədiyini düşündüm. İndi anlayıram ki, o əxlaqsız hərəkəti barədə danışmamaq, susmağım üçün saatı veribmiş", - D.Bil söyləyib.


Xəbərə aid fotolar