Nyu-Yorkda törədilən terror aktı qurbanlarının əksəriyyəti xarici ölkə vətəndaşlarıdır
Dünya 01 Noy 2017 10:32:56 272 0
Ölənlər arasında 5 Argentina və 1 Belçika vətəndaşı var
"Argentina hökuməti çərşənbə axşamı gecə saatlarında Nyu-Yorkda baş vermiş dramatik terror aktı nəticəsində həlak olan argentinalıların - Ernan Dieqo Mendosa, Dieqo Enrike Angelini, Alexandro Damiano Panukko, Ariel Erlix və Ernan Ferruçinin ailələrinə və yaxınlarına dərin başsağlığı verir" - XİN-in yaydığı bəyanatda deyilir.
Argentinalılar məktəb məzunları ilə görüşmək üçün Nyu-Yorka gediblərmiş.
Belçika Xarici İşlər Nazirliyinin məlumatına görə, terror hücumunda ölkənin 1 vətəndaşı da ölüb, 3-ü yaralanıb.
Xatırladaq ki, Manhettenin aşağı hissəsində kişi yük maşını ilə velosipedçilər üçün ayrılmış zolağın hərəkət hissəsinə çıxıb və qarşısına çıxan hər kəsi vurub, sonra məktəb avtobusuna və digər nəqliyyat vasitəsinə çırpılaraq yaralanıb və polis onu saxlayıb. Hadisə nəticəsində 8 nəfər həlak olub, azı 15 nəfər yaralanıb.
FTB insidenti terror aktı kimi nəzərdən keçirir.
Hadisəni törətməkdə Florida ştatında yaşayan özbəkistanlı Sayfullo Saipov şübhəli bilinir.