ADO teatrı yeni tamaşanın hazırlıq işlərinə başlayıb


Digərləri 31 Okt 2017 23:14:01 183 0

ADO teatrı yeni tamaşanın hazırlıq işlərinə başlayıb

Bertolt Brextin “Meşşan toyu” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Elsa Furtadodur

Ölkənin ilk müstəqil teatrı olan ADO (Azərbaycan Dağınıq Oda teatrı) daha bir yeni tamaşanın hazırlıq işlərinə başlayıb.

“Report” xəbər verir ki, teatr bu dəfə alman dramaturqa müraciət edib.

Bertolt Brextin "Meşşan toyu" pyesi əsasında hazırlanan tamaşanın rejissoru Elsa Furtadodur. Pyesi Azərbaycan dilinə Aytən F. Əliyeva tərcümə edib. Tamaşanın rəssamı isə Leyla Quliyevadır.

Rolları aktyorlar İskra Tarrant, Elgün Həmidov, Aytən Əliyeva, Elmin Bədəlov, Zaur Hacızadə, Zərif Bəkirova, Kamal Aken, Ceyhun Zabitli ifa edəcək.

Tamaşanın premyerası dekabr ayının əvvəlinə planlaşdırılır.

Qeyd edək ki, ADO 5 ildir fəaliyyət göstərir, klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub.