Deputatdan tövsiyə: "Ciddi nəzarət olunmalıdır"


Digərləri 31 Okt 2017 15:48:00 272 0

Deputatdan tövsiyə: "Ciddi nəzarət olunmalıdır"

"Hüquq-mühafizə orqanlarından rüşvət üstündə, qanunsuz fəaliyyətinə görə qovulan bəzi şəxslər işsiz qalan kimi vəkillik fəaliyyəti ilə məşğul olur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklərin müzakirəsi zaman deyib.

S.Novruzov bildirib ki, həmin şəxslərin vəkil kimi fəaliyyət göstərməsinə ciddi nəzarət olunmalıdır.