Kinectin istehsalı dayandırılıb


Digərləri 31 Okt 2017 08:41:00 249 0

Kinectin istehsalı dayandırılıb

"Microsoft" korporasiyası kontaktsız simsiz "Kinect" kontrollerinin istehsalını dayandırıb. Bu barədə qurğu yaradıcısı Aleks Kipman bildirib.

Son.az ICTnews-a istinadən bildirir ki, əvvəlcə "Xbox 360" oyun qurğusu ilə birlikdə istifadə üçün nəzərdə tutulan "Kinect" 2010-cu ildə təqdim edilib. Satılan qurğuların ümumi sayı 35 milyona yaxındır.

İstehsal dayandırıldıqdan sonra qurğunun pərakəndə satış nöqtələrində anbar ehtiyatları tükəndikcə tədricən satışdan çıxarılacağı gözlənilir.

Korporasiyanın "Kinect" kontrollerinə texniki dəstək göstərməkdə davam edəcəyi qeyd olunur.