Astronomlar başqa günəş sistemindən gələn UNO gördülər FOTO
Digərləri 30 Okt 2017 22:24:00 312 0
Astronomlar bizim Günəş sistemimizə daxil olan, çox sürətlə hərəkət edən, balaca obyekti izləməyə çalışırlar.
Son.az bildirir ki, naməlum obyektin kometa, asteroid yaxud kosmik gəmi olduğunu NASA - Kosmik agentlik hələlik müəyyən edə bilməyib. Fərziyyə var ki, o bizim günəş sistemimizdən deyil. Əgər sözügedən versiya təsdiqlənərsə, bu, astronomlar tərəfindən müşahidə edilən ilk ulduzlararası obyekt olacaq. "Biz onilliklər boyunca bu günü gözləyirdik, - NASA-ın yerətrafı obyektlərin tədqiqatları Mərkəzinin meneceri Pol Xodas danışır - Uzun vaxt güman edilirdi ki, belə obyektlər mövcuddur - asteroidlər və ya kometalar ulduzların arasında hərəkət edir və vaxtaşırı bizim Günəş sistemimizə daxil olur, amma onu görmək hələ nəsib olmayıb, bu, ilk ola bilər". Hazırda obyektə "A / 2017 U1" adı verilib. Onun diametri 400 metrdir. O, 25.5 km/san. sürəti ilə hərəkət edir. Obyekt oktyabrın 19-da "PANSTARRS 1" teleskopunun köməyi ilə aşkar edilib. (publika.az)