Xalq artistinin oğlu: "Atam müğənni olmağıma razılıq vermirdi, 1 il məni sinfinə qəbul etmədi" FOTO


Şou-biznes 30 Okt 2017 21:15:00 307 0

Xalq artistinin oğlu: "Atam müğənni olmağıma razılıq vermirdi, 1 il məni sinfinə qəbul etmədi"  FOTO

Xalq artisti Yalçın Rzazadənin oğlu, müğənni Mətin Rzazadə atası haqda illər sonra bir etiraf edib. O bu haqda Son.az-a danışıb.

"Yalçın müəllim mənim müğənni olmağımı istəmirdi. Çünki o bu sənətin çətinliklərini bilirdi və istəmirdi ki, mən bu çətinlikləri, haqsızlıqları görüm. Anam gizlincə məni Bülbül adına orta ixtisas məktəbinə gətirdi. 3 il atamdan musiqi təhsili aldığımı gizlətdim. Bu gün sənətdə olmağıma görə anama borcluyam. Anamın əziyyəti üstümdə böyükdür. Atam bu yalanı biləndən sonra 1 il məni öz sinfinə götürmədi. Bir ildən sonra səhnəyə can atdığımı görüb məni öz sinfinə götürdü. Məşqlərdə ən yaxşı mən olanda da ən çox mən danlanırdım ki, başqaları deməsin ki, öz oğlunu danlamır", - deyə müğənninin oğlu bildirib.

Qeyd edək ki, Xalq artisti Yalçın Rzazadə də eyni taleyi yaşayıb. Belə ki, sənətkar müsahibələrində atasından 4 il gizlin universitet təhsili aldığını bildirib.


Xəbərə aid fotolar