Suriya XİN: Rəqqa ABŞın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən işğal olunub


Dünya 30 Okt 2017 08:24:00 255 0

Suriya XİN: Rəqqa ABŞın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən işğal olunub

ABŞ "Suriyada planları barəsində beynəlxalq ictimaiyyəti çaşdırır və onun suverenliyini kobud şəkildə pozur".

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Suriya XİN-nin BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bidirilir.

Məktubda deyilir: "ABŞ-ın və onun rəhbərlik etdiyi koalisiyanın Rəqqanın azad olunması barədə xəbəri yayması və şəhərin tez bir zamanda yenidənqurulmasına çağırışları onların Suriyanın bu əyalətində törətdikləri cinayətlərdən dünya ictimaiyyətinin diqqətini yayındırmaq məqsədi daşıyır. Rəqqa işğal altında qalır, şəhərin 90 faizi koalisiya qüvvələrinin hava zərbələri nəticəsində yer üzündən silinib. On minlərlə sakin qaçqın vəziyyətinə düşüb".