Çilidə 4,5 bal gücündə zəlzələ olub


Dünya 30 Okt 2017 04:28:47 316 0

Çilidə 4,5 bal gücündə zəlzələ olub

Dağıntı və ya tələfat barədə məlumat yoxdur

Çilinin şimalında zəlzələ olub.

"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ 4,5 bal gücündə olub. Zəlzələ ocağı 60 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Ovale şəhərindən 57 kilometr cənub-qərbdə qeydə alınıb.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.