Suriya ordusu 19 nəfəri girovluqdan azad edib


Dünya 30 Okt 2017 02:37:14 251 0

Suriya ordusu 19 nəfəri girovluqdan azad edib

Hökumət qüvvələri 30-dan çox silahlını məhv edib

Suriya ordusu Hama vilayətinin Saan şəhərində İŞİD terror qruplaşmasına qarşı uğurlu əməliyyat keçirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hərbçilər 19 nəfəri girovluqdan azad edib. Onlardan 5-i uşaq, 8-i qadındır.

Hökumət qüvvələri və üsyançılar eyni zamanda ölkənin şimal-şərqindəki Hirbet-Cüveyyad, Tamm-əl-Hava və Əbu-Leffi kəndlərində də "Cəbhət ən-Nüsrə" qruplaşmasının bazasına da zərbələr endiriblər. Nəticədə 30-dan çox silahlı məhv edilib. Onların arasında üç səhra komandiri – Anis Əbu Malik, Abdulla Taftanaz və Nur əş-Şami də var.