ABŞ-da atışma olub: ölən və yaralananlar var


Dünya 30 Okt 2017 00:42:50 236 0

ABŞ-da atışma olub: ölən və yaralananlar var

Polis hadisə ilə bağlı araşdırma aparır

ABŞ-ın Kolorado-Sprinqs şəhərində atışma olub.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" polisə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə yerli parkda və şəhər evlərinin birindəki şənlik mərasimində baş verib. Hadisə zamanı bir yeniyetmə ölüb, daha beş nəfər xəsarət alıb.

Polis faktla bağlı araşdırma aparır.