Porschedən hibrid universal FOTO


Digərləri 29 Okt 2017 21:05:00 339 0

Porschedən hibrid universal  FOTO

Porsche şirkəti universal Panamera Turbo S E-Hybrid Sport Turismo-nun sirrini açıb. Yenilik 4,0-litrlik benzin V8 və elektrik mühərriki ilə təchiz edilir. Mühərriklərin ümumi gücü 680 a.g.-dür. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Son.az auto.az-a istinadən bildirir ki, bu cür güc qurğusu ilə idman universalı 100 km/saata 3,4 saniyəyə sürətlənə bilər. Maksimal sürət 310 km/saatdır. Panamera Turbo S E-Hybrid Sport Turismo yalnız elektrik qurğu ilə 49 km məsafə qət edə bilər. Akkumulyator 2 saat yarımdan 6 saata qədər tam dolur.

Avtomobil liftbek Panamera-nın bazasında yığılıb və 2012-ci ildə təqdim edilmiş eyniadlı konseptin üslubunda dizayn alıb. 4+1 formullu universal uzun və rəvan dam, o cümlədən kəsilmiş arxa dayaqlar alıb. Baqajın həcmi 425 litrdir. Arxa oturacaqlar yığıldıqda bu, 1295 litrə bərabər olur.

Universal hərəkətdən və seçilmiş rejimdən asılı olaraq tənzimlənə bilən yığılan spoyler alıb. Sürücü kruiz-kontrol və elektron sistemlərdən istifadə edə bilir.


Xəbərə aid fotolar