İlk dəzgahını özü yaratdı və bu gün 66 ölkəyə yataq satır FOTO


Digərləri 29 Okt 2017 19:26:00 287 0

İlk dəzgahını özü yaratdı və bu gün 66 ölkəyə yataq satır  FOTO

Böhranları fürsətə çevirərək yaşadığı ərazidə emalatxana quran iş qadını Berna İlter hazırda aralarında Mikronezyanın da olduğu 66 ölkəyə yataq satır. Kanadadan İranaqədər məhsul ixrac edən Berna öz markasını necə yaratdığıyla bağlı məlumat verib.

Son.az bizplus.az-a istinadən bildirir ki, yataq satır amma yuxuyla arası yoxdur. Həmişə gecikəcəyəm kimi hiss edirəm. Ona görə də az yatıb çox çalışıram.

"Məsuliyyət sahibi olmağı öyrəndim"

Anası müəllim atası hərbiçi olan bu xanım 11 yaşından etibarən həyatını ailəsindən ayrı keçirib. Atasının vəzifəsi səbəbiylə Şərqə gedən ailəsi Bernanı kənddə qohumlarının yanına qoyurlar. O günləri xatırlayarkən "qohumlarım da olsa çətin idi. Amma bu məni məsuliyyət sahibi olan bir uşaq etdi "deyir.

"Coğrafiyaya marağım vardı"

Bernanın karyeryası şagirdlik həyatında maraq duymağa başladığı coğrafiya sayəsində formalaşdı. Berna İlter peşə həyatına necə addım atdığını bu sözlərlə izah etdi, "9 Eylül Universiteti İngiliscə İdarəetmə Fakültəsində oxuyarkən beynəlxalq ticarətə maraq saldım. Bunun təməlində coğrafiyaya olan marağım var. İzmirli ixracatçıların yanında çalışırdım. İlk işimi tələbə olarkan görmüşəm. Evimizdə faks var idi və İsrailə yağ satmışdıq. "

"Londonda bir il qaldım"

Ailəsinin istəyiylə Kayseriyə dönən uğurlu iş qadını Çinkurda işə başladı və ixrac qrupunu qurdu. Hər şeyin London Metal Birjasında təyin olunduğunu görüb oraya təhsil almağa gedən Berna :"O dövrdə bu sahə üzrə təhsili alan çox adam yox idi Türkiyədə. Bir ilə yaxın Londonda qaldım. Sonra şirkətə döndüm yaxşı işlər gördük. Sonralar çalışdığım Çinkur özəlləşdirmə problemiylə bağlı olaraq bağlandı."

"2001 böhranı həyatımı dəyişdirdi"

Yoldaşıyla birlikdə 2001-ci ildə öz işini quran Bernanın həyatını o dövrdə yaşanan maliyyə böhranı dəyişdirir. Şirkət bağlamaq yerinə uğurlu ixracata başlayır. Berna İlter böhranı necə fürsətə çevirdiyini bu sözlərlə izah edir: "Önümə xəritə alıb sərgilərə baxdım. İstehsalçıların məhsullarını yaxşı araşdırdım və onlara istehsal etdirib satışa çıxarmağa başladım. Tanzaniyada bir sərgi var idi. Ağ əşyalara, isidici, soba və polad qapılarla əlaqədar işlər gördüm. Türkiyədə çıxarılan məhsulları tanımadılar. Mebel və inşaat vəsaitlərini tanıtdıq. Kayseridə polad qapı sektoru böyümüşdü. O sərgidən sonra da Nigeriyaya getdim. Qapı satmağa başladım Nigeriyaya. Artıq evlərdə təhlükəsizlik problemi olduğu üçün çox qapı sata bildim. "


Xəbərə aid fotolar