Türkmənbaşı medal paylayır, icra başçıları ikiqat əyilir VİDEO


Dünya 29 Okt 2017 16:39:53 309 0

Türkmənbaşı medal paylayır, icra başçıları ikiqat əyilir  VİDEO

Türkmənistanın müstəqillik Günü münasibətilə prezident Qurbanqulu Berdıməhəmmədovun məmurlara medal paylaması səhnələri internetdə əsl fırtına yaradıb.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu səhnələrə dair videoroliki Türkmənistan Dövlət Televiziyasının yayımladığı kadrlar əsasında xaricdə mənzillənmiş "Türkmənistan xronikası" agentliyi yayıb. Kadrlara əsasən, məmurlar Berdıməhəmmədovun qarşısında öz uğurları haqda hesabat verir. Dövlət başçısı isə, öz növbəsində, onları medalla təltif edir.

Bu zaman "türkmənbaşı"nın əlindən medallarını alan vilayət hakimləri (icra başçıları) onun qarşısında ikiqat, sual işarəsi formasında əyilir, medal qutularını dəfələrlə öpüb gözlərinin üstünə qoyurlar. Məmurlar isə, öz növbəsində, prezidentə qızıl heykəlciklər hədiyyə edirlər.


Xəbərə aid video