Stoltenberq: "NATO KXDR-in raket hücumları zamanı əks-zərbə endirməyə hazırdır"


Dünya 29 Okt 2017 11:10:45 386 0

Stoltenberq: "NATO KXDR-in raket hücumları zamanı əks-zərbə endirməyə hazırdır"

"NATO ölkələri Pxenyana təzyiq göstərməlidir"

NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın raket silahlarının yaratdığı mümkün təhlükəni şərh edib. Son.az “report”-a istinadən xəbər verir ki, o, NATO ölkələri də təhlükə altında olduğunu deyib.

"NATO ölkələri də təhlükə altındadır. NATO əks-zərbə vurmaq imkanlarına və qətiyyətinə malikdir", — deyə Stoltenberq bildirib.

Alyansın baş katibi qeyd edib ki, KXDR-ə təzyiq vasitələrini unutmaq olmaz. O, xüsusilə Şimali Koreyaya qarşı iqtisadi sanksiyalara riayət etməyin vacib olduğunu xatırladıb.